ÇıxışYolu.Com – Rusiyada amerikalı “casus” saxlanılıb

Baxış sayı: 2. 338 dəfə baxılıb.

ÇıxışYolu.Com - Rusiyada amerikalı “casus” saxlanılıb

Rusiya Federal Təhlükəsizlik Xidməti Moskvada casusluqda şübhəli bilinən ABŞ vətəndaşını həbs edib.

ÇıxışYolu.Com  TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiya FTX-nin İctimai əlaqələr şöbəsindən məlumat verilib.

“Dekabrın 28-də Moskva şəhərində Rusiya Federasiyasının Federal təhlükəsizlik xidmətinin əməkdaşları casusluq edən ABŞ vətəndaşı Pol Uilanı saxlayıb”, – deyə Mərkəzin məlumatında deyilir.

Məlumata əsasən, FTX-nin İstintaq idarəsi ABŞ vətəndaşına qarşı RF-nın Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) üzrə cinayət işi açılıb.

Şübhəli şəxsin konkret olaraq hansı əməlinə görə saxlanıldığı xəbər verilmir. Qeyd edək ki, sözügedən maddə üzrə təqsirli bilinən şəxslər 10 ildən 20 ilə qədər azadlıqdan məhrum edilir.

www.ÇıxışYolu.Com