Rusiyanın paytaxtı Moskvanın Şimal-Qərb bölgəsinin icra başçısı bıçaqlanıb.
ÇıxışYolu.Com Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün Moskvanın cənub-şərq hissəsində evin blokunda baş verib.
Naməlum şəxs arxadan məmura yaxınlaşaraq onun bel nayihəsinə bıçaq zərbəsi endirib.
Zərərçəkən şəxs xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırmalar davam edir.