ÇıxışYolu.Com - Rusiyadan Azərbaycana gələn avtomobildən silah çıxdı

ÇıxışYolu.Com – Rusiyadan Azərbaycana gələn avtomobildən silah çıxdı

Baxış sayı: 2. 168 dəfə baxılıb.

Gömrükçülər nəqliyyat vasitəsindən ov silahı tapıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən ÇıxışYolu.Com-a verilən məlumata görə, Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz E270 CDI” markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Nəqliyyat vasitəsində olan yüklərə baxış zamanı 2 ədəd elektrik qızdırıcı radiatorun birinin içərisindən “Baikal İJ 43M” markalı ov silahının lüləsi və 32 ədəd boş dəmir gilizlər, digər radiatorun içərisindən isə həmin ov silahının qundaq hissəsi aşkarlanıb.

ÇıxışYolu.Com - Rusiyadan Azərbaycana gələn avtomobildən silah çıxdı

Faktla bağlı araşdırma aparılır.

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!