Rusiyalı teleaparıcı canlı yayım zamanı ukraynalı eksperti studiyadan qovub.
ÇıxışYolu.Com xəbər verir ki, hadisə “Rossiya 1” telekanalının “60 dəqiqə” verilişində baş verib.
Verilişin aparıcısı Yevgeni Popovun ukraynalı ekspert Maksim Yalinin onu Afanasi adlandırması xoşuna gəlməyib. Bundan qəzəblənən Y. Popov qonaqdan studiyanı tərk etməyi tələb edib.
Rusiyalı aparıcı addımının səbəbini verilişdə ədəbsizlik hallarına yol verilməməsi ilə əlaqələndirib.
ÇıxışYolu.Com yeniləndi!