Dekabrın 11-də Bakının Səbail rayonunda hərbi sursat aşkarlanıb.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) ÇıxışYolu.Com-a verilən xəbərə görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Səbail Rayon Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları Bakı şəhərinin Səbail rayonunun 2-ci bağlar döngəsində partlamamış hərbi sursatın tapılması barədə daxil olan məlumat əsasında həmin əraziyə baxış keçiriblər.
Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən iki ədəd əl qumbarası (F-1 və DM-41) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
ÇıxışYolu.Com yeniləndi!