ÇıxışYolu.Com – “Sabah” – “Neftçi” oyununda 3 qol, 3 qırmızı vərəqə

Baxış sayı: 3. 857 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Sabah” - “Neftçi” oyununda 3 qol, 3 qırmızı vərəqə

Bu gün Topaz Premyer Liqasında 13-cü tura start verilib.

ÇıxışYolu.Com xəbər verir ki, turun ilk oyununda “Sabah” öz meydanında “Neftçi”ni qəbul edib.

Qarşılaşma qarşılıqlı hücumlarla başlayıb. Oyunun 21-ci dəqiqəsində Anton Krivotsyuk “ağ-qaraları” hesabda önə çıxarıb. 39-cu dəqiqədə Mirabdulla Abbasov qonaqların ikinci qolunu vurub. Meydan sahibləri qarşılaşmanın 76-cı dəqiqəsində Marko Deviç ilə hesab arasındakı fərqi azaldıb. Oyun bu hesabla başa çatıb. 

Diqqət çəkən məqam qarşılaşma zamanı 3 qırmızı vərəqənin göstərilməsi olub. Meydan sahiblərinin heyətində 70-ci dəqiqədə Vanderson, “Neftçi”dən isə 33-cü dəqiqədə Tural Axundov və 83-cü dəqiqədə Baqali Dabo qırmızı vərəqə alaraq, meydandan qovulub. 

www.ÇıxışYolu.Com