ÇıxışYolu.Com – Şaban Donat: Daha iki medal qazana bilərdik

Baxış sayı: 3. 556 dəfə baxılıb.

ÇıxışYolu.Com - Şaban Donat: Daha iki medal qazana bilərdik

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı sona çatıb. Yunan-Roma güləşi üzrə yığmamızın mundial qazancı bir qızıl və bir bürünc medal olub. 

ÇıxışYolu.Com xəbər verir ki, millimizin baş məşqçisi Şaban Donat komandanın çıxışı ilə bağlı AGF-nin saytına açıqlama verib: 

“Şadam ki, 55 kq-da Azərbaycanın himnini səsləndirdik. Eldəniz Əzizli öz sözünü söyləyərək qızıl medal qazandı. Bilirdik ki, bizim üçün hər şey çətin olacaq. Bəzi çəkilərdə dəyişikliklər etməli olduğumuzu gördük. Çox güclü dünya çempionatı keçdi. Güləşçilərimiz çətin səbətə düşdü. Ən əsas gələn il Qazaxıstanda keçiriləcək lisenziya xarakterli dünya çempionatına yaxşı hazırlaşıb, Olimpiadaya vəsiqə qazanmaqdır”. 

O qeyd edib ki, hakimlərin bəzi qərarları mübahisəli olub: 

“Buna baxmayaraq, daha güclü olmalıyıq. Bu, güləşdir. Məncə, daha iki medal qazana bilərdik. Elvin Mürsəliyev Kamran Məmmədovun təsəlliverici görüşlərində hakim səhvləri oldu. Komandamız daha da yaxşı olacaq. Heyətdəki gənclərin uyğunlaşma prosesini geridə qoyması zaman tələb edir. Qızıl medal qazanmaq istəyiriksə, hakimi də, rəqibi də udmalıyıq. Gələn il çoxlu yarış olacaq. Ancaq ən əsas turnir Astanadakı dünya çempionatıdır. Ora ən yaxşı heyətlə, ən güclü güləşçilərlə gedib, uğur qazanmaq istəyirik”.

Səbuhi MUSAYEV

www.ÇıxışYolu.Com