ÇıxışYolu.Com – Sablyaçımız Dünya Kubokunda medal qazandı

Baxış sayı: 2. 458 dəfə baxılıb.

ÇıxışYolu.Com - Sablyaçımız Dünya Kubokunda medal qazandı

Sablya üzrə milli komandamızın üzvü Cavanşir Ağakişiyev İran İslam Respublikasının paytaxtı Tehranda keçirilən gənclər arasında Dünya Kubokunda bürünc medal qazanıb.

ÇıxışYolu.Com xəbər verir ki, qrupda keçirdiyi altı görüşdən dördünü qalib başa vuran Cavanşir 1/16 finalda Qazaxıstan təmsilçisi Bakdaulet Kuralbekulini 15:11 hesabı ilə məğlub edib.

1/8 finalda türkiyəli Umut Kaya üzərində 15:9 hesblı qələbə qazanan sablyaçımız, 1/4 finalda Honkonq idmançısı ZAU Jia Jin Kelvin Reylə görüşdən qalib ayrılıb. Ağakişiyev rəqibini 15:14 hesabı ilə üstələyib.

Yarımfinala yüksəlməklə Dünya Kubokunun bürünc medalını təmin edən qılıncoynadanımız belaruslu Maksim Pinçukla gərgin keçən görüşdə rəqibinə 13:15 hesabı ilə uduzub. Beləliklə, sablyaçımız Tehranda keçirilən gənc sablyaçıların Dünya Kubokunda bürünc medala sahib çıxıb.

Qrupda keçirdiyi altı görüşdən dördünü qalib başa vuran Xalid Əsədov isə Efran Şokouhiyə 10:15 hesabı ilə uduzub.

Səbuhi Musayev
www.ÇıxışYolu.Com