ÇıxışYolu.Com – Şahmatçılarımız Olimpiadada üç medal qazanıb

Baxış sayı: 3. 952 dəfə baxılıb.

ÇıxışYolu.Com - Şahmatçılarımız Olimpiadada üç medal qazanıb

Xəbər verdiyimiz kimi, Batumidə təşkil edilən Ümumdünya Şahmat Olimpiadasına yekun vurulub. 

ÇıxışYolu.Com xəbər verir ki, kişi və qadınlardan ibarət Azərbaycan yığma komandaları mükafatçılar sırasında yer almasa da, üç şahmatçımız öz lövhəsində göstərdiyi nəticələrə görə medallara layiq görülüb.

Kişi şahmatçılardan ibarət milli komandada ikinci lövhədə çıxış edən Teymur Rəcəbov və dördüncü lövhədə mübarizə aparan Rauf Məmmədov bürünc medal qazanıb. Qadınlardan ibarət millidə isə üçüncü lövhədə yarışan Xanım Balacayeva ən yüksək nəticə ilə qızıl medal əldə edib.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com