ÇıxışYolu.Com - Şamaxıda torpaq sürüşməsi aktivləşdi

ÇıxışYolu.Com – Şamaxıda torpaq sürüşməsi aktivləşdi

Baxış sayı: 3. 608 dəfə baxılıb.

ÇıxışYolu.Com - Şamaxıda torpaq sürüşməsi aktivləşdi

Şamaxıda  torpaq sürüşməsi qeydə alınıb. Mövcud sürüşmə zonalarında aktivlik yaşanır.

ÇıxışYolu.Com-ın bölgə müxbirinin verdiyi məlumata görə, sürüşmə ərazidə iri yarğanların yaranmasına, bəzi nöqtələrdə isə torpaq uçqunlarına səbəb olub.

Son bir həftə ərzində hektarlarla torpaq sahəsi sürüşməyə məruz qalıb.

Torpaq axını yuxarından aşağı doğru hərəkət edərək, həmin ərazidəki yaşayış evlərinin üzərinə tökülüb. Sakinlər tərəfindən torpaq yığını təmizlənsə də, təkrar yaşanan uçqun aparılan işə mane olur.

Aşıq Məmmədağa küçəsi, döngə 3, ev 18 sürüşmədən böyük zərər görüb. Sürüşmə nəticəsində Rahib Babayevə məxsus birmərtəbəli, dörd otaqlı evin iki otağında böyük dağıntılar qeydə alınıb.

Bundan başqa, həmin ərazidə iki evin daş hasarı uçub, həyətyanı  sahələrdə çatlar genişlənib. Artıq iki evin sakinləri təhlükə səbəbindən evlərini tərk ediblər.

Sakinlərin sözlərinə görə, torpaq sürüşməsi ilə əlaqədar lazımi qurumlara məlumat verilsə də, problem öz həllini tapmayıb.

., Fərid Məmmədov
www.ÇıxışYolu.Com