ÇıxışYolu.Com - Samir Cavadzadə: Fiziki baxımdan güclü iştirakçını seçərdim

ÇıxışYolu.Com – Samir Cavadzadə: Fiziki baxımdan güclü iştirakçını seçərdim

Baxış sayı: 3. 042 dəfə baxılıb.

ÇıxışYolu.Com - Samir Cavadzadə: Fiziki baxımdan güclü iştirakçını seçərdim

“Maşın Şou”nun 17-cü mövsümü tam gücü ilə davam edir. Şouda artıq yeddi iştirakçı mübarizə aparır. Finala o qədər də çox qalmayıb. Xatırladaq ki, finala yalnız üç iştirakçı keçəcək. Həmin andan avtomobil uğrunda gərgin mübarizə başlayacaq. Adi günlər iştirakçıların istirahət etməsinə və yatmasına icazə verildiyi halda, finalda iştirakçılar bunlardan məhrum olacaq. Ən qətiyyətli, ən dözümlü və psixoloji hazırlıqlı iştirakçı qalib gələcək.

ÇıxışYolu.Com xəbər verir ki, ötən gün şounu ən “susqun” iştirakçı Samir Cavadzadə tərk etdi.

Taleh Yüzbəyov və Samir maşın ətrafında olan ən gülərüz iştirakçılar idi. Heç kim onun güclü oyunçularla rəqabətə girə biləcəyini düşünmürdü. Güclülərdən ibarət qrupa isə Sərxan Kərəmoğlu başçılıq edir. Şounu tərk etməyə namizəd olduğu vaxt, bir neçə dəfə tamaşaçıların ona olan rəğbətini sınağa çəkib.

Dünən şou iştirakçıları eyni sayda səs toplayıb. “Maşın Şou. Hind Kinosu”nun qaydalarına görə, belə olan halda, bir gün ərzində daha az sayda tamaşaçı səsi toplayan şəxs kürsüyə yaxınlaşır. Bu baxımdan Samir Cavadzadənin bəxti gətirmədi.

“Bilirdim ki, lazımi sayda səs toplaya bilməyib, layihədən ayrılacam. Layihənin aparıcısı Murad Dadaşov məni kürsüyə dəvət edəndə artıq bu aydın idi”,- deyə Samir Cavadzadə bildirib.

“Demək istəyirəm ki, Sərxan Kərəmoğlu mənim rəqibim deyildi. Mən sonuncu turda, şounun finalında mənə əsl rəqib olacaq, fiziki baxımdan güclü iştirakçını seçərdim”, -deyə müğənni əlavə edib.

Bu gün hər bir iştirakçı “Maşın Şou. Hind kinosu”dan ayrıla bilər. Ona görə layihənin növbəti buraxılışını qaçırmayın.

Şouya informasiya dəstəyini ÇıxışYolu.ComBaku TV göstərir.

Cavid Osmanov

Operator: Musa Vladimir

www.ÇıxışYolu.Com