ÇıxışYolu.Com – Şarl Aznavur vəfat edib

Baxış sayı: 3. 372 dəfə baxılıb.

ÇıxışYolu.Com - Şarl Aznavur vəfat edib

Fransa müğənnisi Şarl Aznavur 94 yaşında vəfat edib.

ÇıxışYolu.Com-ın “Associated Press”ə istinadən xəbərinə görə, Ş.Aznavur Parisdə dünyasını dəyişib.

Onun ölüm səbəbi hələlik məlum deyil.

Öz karyerası ərzində musiqiçi 1300 mahnı və 100-dən çox albom yazdırıb. O, Edit Piaf, Layza Minelli, Frenk Sinatra, Patrisiya Kaas, Luçano Pavarotti və Plasido Dominqo kimi məşhurlarla çalışıb. 

“Time” jurnalı və CNN telekanalı 1998-ci ildə Aznavuru XX əsrin ən yaxşı estrada ifaçısı elan edib. 

Aznavur kinoya da çəkilib. O, “Ararat”, “Pianoçuya atəş açın” və “Sərt təbil” kimi filmlərdə rol alıb. 2017-ci ilin avqustunda Hollivudun Şöhrət Xiyabanında ona ulduz qoyulub.

www.ÇıxışYolu.Com