Serbiya Kosovoya ultimatum verib.
ÇıxışYolu.Com xəbər verir ki, Serbiya baş naziri Ana Brnabiç ölkə hökumətinin Mərkəzi və Cənub-Şərq Avropa ölkələrinin Azad mal dövriyyəsi müqaviləsi Təşkilatına Kosovodan şikayət etdiyini bildirib.
O qeyd edib ki, şikayət Kosovonun Serbiya mallarına tətbiq etdiyi 100 faizlik rüsumlarla bağlıdır.
Brnabiçin sözlərinə görə, Kosovo tərəfinin qərara yenidən baxmaq üçün 90 gün vaxtı var.