ÇıxışYolu.Com – “Sikkə sultanı” edam cəzasına məhkum edildi

Baxış sayı: 2. 079 dəfə baxılıb.

İran Ali Məhkəməsi “sikkə sultanı” kimi tanınan qızıl taciri Vahid Mazlümini edam cəzasına məhkum edib. 

ÇıxışYolu.Com Lenta.ru-ya istinadla xəbər verir ki, bu məlumatı məhkəmə hakimiyyətinin nümayəndəsi təsdiq edib. 

Məlumatlara görə, 15 nəfərlik qrupla bağlı məhkəmə prosesi sentyabrın 17-də başlayıb. Onlar qızıl sikkələr və ticarət valyutaları üzrə qanunsuz cinayətkar şəbəkə yaratmaqda ittiham olunurlar. 

Mazlümi sikkələrin qiymətini süni qaldırmaqda və ölkə iqtisadiyyatına zərər vurmaqda təqsirli bilinib. Ölüm hökmü apellyasiya şikayətindən sonra qətiləşib. 

58 yaşlı “sikkə sultanı” iyulda Tehranda həbs edilib. Saxlanılan zaman həmin şəxsin iki min ton qızıl sikkəsinin olduğu bildirilib. 

ÇıxışYolu.Com - “Sikkə sultanı” edam cəzasına məhkum edildi

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!

.

.