ÇıxışYolu.Com - Sılanın sevgilisi tərəfindən döyülməsi təsdiqləndi

ÇıxışYolu.Com – Sılanın sevgilisi tərəfindən döyülməsi təsdiqləndi

Baxış sayı: 2. 211 dəfə baxılıb.

Türkiyəli məşhur ifaçı Sıla Gençoğlunun sevgilisi Ahmet Kural tərəfindən döyülməsi tibbi ekspertiza tərəfindən təsdiqlənib.

ÇıxışYolu.Com xəbər verir ki, ekspertin sənədlərini isə “Star Haber” ortaya çıxarıb.

Sənədlərdə müğənninin sifətində əzilmə, beyin qapağında şiş, üzündə və bədənində göyərtilər olduğu qeyd olunub.

Eyni zamanda, Sılanın başına külqabı vurulması, baş hissəsinin, ayaqlarının təpik zərbələrinə məruz qalması da təsdiqlənib.

ÇıxışYolu.Com - Sılanın sevgilisi tərəfindən döyülməsi təsdiqləndi

Digər tərəfdən, Sılanın sürücüsü və Ahmet Kuralın qonşusu baş verən hadisə ilə bağlı ifadə verib.

Kuralın qonşusu həmin anlar dostu ilə yazışmasını məhkəməyə təqdim edib. Həmin yazışmada aktyorun Sılanı amansızca döyməsini əks etdirən mətn yer alıb.

ÇıxışYolu.Com - Sılanın sevgilisi tərəfindən döyülməsi təsdiqləndi

Ahmet Kural isə ötən gün məhkəməyə çağırılıb və ifadə verib.

Qeyd edək ki, hadisə oktyabrın 29-da baş verib.

.
www.ÇıxışYolu.Com