ABŞ zooparkında şir qəfəsdən çıxaraq işçilərə hücum edib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə “USA Today” məlumat yayıb.
İnsident Şimali Karolina ştatının Konservators Senter vəhşi təbiət parkında baş verib.
Şir ərazini təmizləyən işçilərə hücum edib və 22 yaşlı Aleksandra Bleki parçalayıb. Dairənin şerifi Toni Darden bildirib ki, qız parkda iki həftəyə yaxın idi ki işləyirdi.
Polislər heyvanı sakitləşdirməyə çalışsalar da, onlarda heç nə alınmayıb. Bu səbəbdən qızın meyitini çıxarmaq üçün şiri güllələyiblər.
Həmçinin qeyd olunur ki, park ABŞ Zooparklar və Akvariumlar Assosiasiyasından qonaqların və personalın təhlükəsizliyini təmin edən sertifikat almayıb.
Konservators Senter 1999-cu ildə Mebanda təsis edilib, lakin sonradan Kasuell dairəsinə köçürülüb. Parkda 80-dən çox heyvan var. Hər il parkı 16 minə yaxın insan ziyarət edir.