İngiltərə Premyer Liqasının 21-ci turunun “Mançester Siti” – “Liverpul” oyunu keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, maraqlı epizodlarla yadda qalan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 40-cı dəqiqədə “Mançester Siti”nin oyunçusu Serxio Aquero açıb. Qonaqlar 24 dəqiqə sonra Roberto Firminonun qolu ilə hesabı bərabərləşdirə biliblər.
Lakin oyunun 72-ci dəqiqəsində Leroy Zane komandasının qələbə qolunu vurub.