İngiltərə Premyer Liqasının 12-ci turunun maraqlı oyunlarından biri Mançester derbisi olub.
ÇıxışYolu.Com xəbər verir ki, gərgin keçən matçda “Mançester Siti” qalib gəlib.
Xosep Qvardiolanın yetirmələri 12-ci dəqiqədə Silvanın qolu ilə hesabı açıblar. Aquero 48-ci dəqiqədə hesab arasındakı fərqi ikiyə çatdırıb.
Qarşılaşmanın 58-ci dəqiqəsində Marsyal penaltidən vurduğu qolla hesab arasındakı fərqi azaldıb.
Oyunun sonuna 4 dəqiqə qalmış İlkay Gündoğan meydan sahiblərinin üçüncü qolunu vurub.
Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.