ÇıxışYolu.Com – “Sportinq”in “Qarabağ”a qarşı çıxaracağı start “11-lik”

Baxış sayı: 2. 292 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Sportinq”in “Qarabağ”a qarşı çıxaracağı start “11-lik”

Bu gün UEFA Avropa Liqasında “Qarabağ” Portuqaliyanın “Sportinq” klubunu qəbul edəcək.

ÇıxışYolu.Com-ın Bakıya ezam olunmuş portuqaliyalı jurnalistlərdən birindən əldə etdiyi məlumata görə, artıq “Sportinq”in start heyəti bilinir.

Rəqib Ağdam təmsilçisi qarşısına 4-1-2-3 taktiki düzülüşü ilə meydana çıxacaq.

Beləliklə, bu gün ilk “11-lik”də Lissabon klubunun qapısını “İşturil” klubundan icarəyə götürülmüş braziliyalı Renan Ribeyro qoruyacaq.

Dördlü müdafiənin solunda Brunu Qaşpar, sağında braziliyalı Jeferson olacaq. Müdafiənin mərkəzində “Liverpul”un sabiq futbolçusu, uruqvaylı Sebastyan KoatesAndre Pintu “Qarabağ”ın hücum xəttinə mane olmağa çalışacaq.

Dayaq yarımmüdafiəçisi qismində Çinin “Kuançou Everqrand Taobao” klubundan icarəyə götürülmüş serbiyalı Nemanya Qudel çıxış edəcək. Onun önündə braziliyalı VendelBrunu Fernandeş oynayacaq.

Vinger, yəni hücumun cinahlarında “Sportinq”in kapitanı Nani ilə Mali millisinin hücumçusu Abdulay Diabi “Qarabağ” müdafiəsinə çətin anlar yaşatmağa çalışacaq. “Fənərbaxça”nın sabiq futbolçusu Nani sağda, Diabi isə sol cinahda oyuna başlayacaq.

Hücumun sivri ucunda isə “Sportinq”in vuran ayağı, 2016/17 mövsümündə 34 qolla Portuqaliya çempionatının bombardiri olmuş hollandiyalı Bas Dost fəaliyyət göstərəcək.

Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Sportinq” görüşü saat 21:55-də başlayacaq.   

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com