ÇıxışYolu.Com – Strasburqda terror aktı törədən şəxs öldürüldü

Baxış sayı: 2. 318 dəfə baxılıb.

Dekabrın 11-də Fransanın Strasburq şəhərində Milad bayramı ilə əlaqədar təşkil olunan bazarda insanlara atəş açan terrorçu öldürülüb.

ÇıxışYolu.Com xarici KİV-ə istinadən xəbər verir ki, Şerif Şekatt adlı şəxs dünən Fransa polisi tərəfindən Strasburqun Noydorf bölgəsində Lazaret küçəsində zərərsizləşdirilib. 

Məlumatlara görə, aparılan əməliyyat zamanı o, polisə atəş açdıqdan sonra cavab atəşi ilə öldürülüb. 

Bildirilir ki, 29 yaşlı Şekatt Fransa, Almaniya və İsveçrədə 27 dəfə məhkumluq həyatı yaşayıb. 

BFM telekanalı isə Şekattın İŞİD terrorçusu olduğunu qeyd edib. Həmçinin bildirilir ki, o, “Suriyada öldürülən qardaşlarının qisasını almaq üçün” bu addımı atıb. 

Xatırladaq ki, Strasburqda baş vermiş terror aktı zamanı üç nəfər ölüb, 13 nəfər yaralanıb. 

Image result for Шериф Шекатт

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!