Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən şəhər telefon qovşağına məxsus strateji əhəmiyyətli rabitə kabelləri kəsilərək naməlum şəraitdə oğurlanıb.
ÇıxışYolu.Com xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən keçirilən axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş H.Z.Tağıyev qəsəbəsi sakini Nicat Heydərov saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin telefon qovşağına məxsus quyulardan ayrı-ayrı vaxtlarda ümumilikdə 500 metr kabeli oğurladığı, daha sonra yandıraraq mis halında əlvan metal qəbulu məntəqələrinə satdığı məlum olub.
N.Heydərov bir müddət əvvəl yaşadığı qəsəbənin ərazisində rabitə quyularında yeni kommunikasiya xətlərin çəkildiyini müşahidə edib və oğurlamaq fikrinə düşüb.
Faktla bağlı cinayət işi açılıb.