ÇıxışYolu.Com – “Sumqayıt” – “Qəbələ” matçının sonlarında dava düşdü

Baxış sayı: 2. 707 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Sumqayıt” - “Qəbələ” matçının sonlarında dava düşdü

Azərbaycan Premyer Liqasının IX turunun “Sumqayıt” – “Qəbələ” matçının son dəqiqələri çox gərgin keçib.

ÇıxışYolu.Com xəbər verir ki, “Dalğa Arena”da baş tutan matçın 90+1-ci dəqiqəsində “Qəbələ”nin cərimə meydançasında iki komandanın futbolçuları arasında kütləvi dava baş verib. Baş hakim Orxan Məmmədov həmin epizodda nominal meydan sahiblərindən Qvanzav Məhəmmədovu, Şəhriyar Əliyevi, qonaqlardan isə Aqil Məmmədovla İlqar Qurbanovu sarı vərəqə ilə cəzalandırıb. 

Davanın yaranmasına səbəb olan qonaqların gənc mərkəz müdafiəçisi Bəhlul Mustafazadə isə rəqibə əl ilə zərbə vurduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Lakin sonradan məlum olub ki, hakim əslində “Qəbələ”nin digər mərkəz müdafiəçisi, serbiyalı Voyislav Stankoviçi cəzalandırmaq istəyib.

Həmçinin qarşılaşmanın baş hakimi “Qəbələ”nin ehtiyat oyunçular skamyasında əyləşmiş Rauf Əliyevə də etirazlarına görə qırmızı vərəqə (ikinci sarı vərəqə) göstərib. Millimizin hücumçusu matça start heyətdə çıxsa da, həmin vaxt artıq əvəzlənmiş olub.

Qeyd edək ki, “Sumqayıt” – “Qəbələ” matçı heç-heçə yekunlaşıb – 2:2.

www.ÇıxışYolu.Com