ÇıxışYolu.Com - Təhsil şöbəsinin keçmiş binasında təhlükəli tapıntı

ÇıxışYolu.Com – Təhsil şöbəsinin keçmiş binasında təhlükəli tapıntı

Baxış sayı: 2. 250 dəfə baxılıb.

ÇıxışYolu.Com - Təhsil şöbəsinin keçmiş binasında təhlükəli tapıntı

Daşkəsən rayonu ərazisində Təhsil şöbəsinə məxsus keçmiş binanın zirzəmisində  müxtəlif növ silah-sursat aşkarlanıb. 

Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) ÇıxışYolu.Com-a verilən məlumata görə, Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Daşkəsən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə əraziyə baxış keçirilib. 

Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən içərisində heç bir partlayıcı maddə olmayan, təlim məqsədli 2 ədəd TM-62M minası, 53 ədəd patron, 1 ədəd F-1 və 2 ədəd RQD-5 əl qumbarası aşkar olunub, məhv edilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

  

Təlim məqsədli hərbi ləvazimatların tapıldığı yerin ətrafında 60 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

www.ÇıxışYolu.Com