Tərtər-Goranboy avtomobil yolunun kənarından tank əleyhinə mina tapılıb.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) ÇıxışYolu.Com-a verilən məlumata görə, quruma Tərtər rayonu, Seydimli kəndi ərazisində minanın tapılması barədə daxil olan məlumat əsasında Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Tərtər-Goranboy avtomobil yolunun kənarına baxış keçirilib.
Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən bir ədəd təlim məqsədli tank əleyhinə mina (TM-62, tərkibində heç bir partladıcı olmayan) aşkarlanıb və ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.
Təlim minasının ətrafında 300 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
www.ÇıxışYolu.Com
ÇıxışYolu.Com yeniləndi!