ÇıxışYolu.Com - Tərtərdə yanacaqdoldurma məntəqəsində partlayış: yaralılar var

ÇıxışYolu.Com – Tərtərdə yanacaqdoldurma məntəqəsində partlayış: yaralılar var

Baxış sayı: 2. 401 dəfə baxılıb.

ÇıxışYolu.Com - Tərtərdə yanacaqdoldurma məntəqəsində partlayış: yaralılar var

Noyabrın 29-da Tərtər rayonunda yanacaqdoldurma məntəqələrinin birində partlayış baş verib.

ÇıxışYolu.Com xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, hadisə zamanı iki nəfər xəsarət alıb.

Rayon mərkəzi xəstəxanasına çatdırılan yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Məlumatda onlardan birinin bədən səthinin 100, digərinin isə 70-80 faiz yandığı qeyd edilir. Bununla bağlı həkim briqadası Bakıdan Tərtərə yola düşüb.

Faktla bağlı araşdırma aparılır.

12:37

Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

ÇıxışYolu.Com Report-a istinadən xəbər verir ki, hadisə zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Həkimlər yaralıların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

www.ÇıxışYolu.Com