ÇıxışYolu.Com - Taksi sürücüsü sərnişini bıçaqladı

ÇıxışYolu.Com – Taksi sürücüsü sərnişini bıçaqladı

Baxış sayı: 2. 324 dəfə baxılıb.

ÇıxışYolu.Com - Taksi sürücüsü sərnişini bıçaqladı

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Nicat Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, N.Abdullayev bir il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə bu il mayın 29-da Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Taksi fəaliyyəti ilə məşğul olan N.Abdullayev qəsəbə ərazisində olarkən Orxan Rzayev onun maşınına əyləşib və sürməyi əmr edib. Bir qədər getdikdən sonra N.Abdullayev sərnişindən hara gedəcəyini soruşub.

Bu zaman O.Rzayev səbəbsiz halda maşının ön hissəsinə yumruq vurmağa başlayıb. N.Abdullayev maşını saxlayıb. O.Rzayev onu yerə düşürərək cibindən bıçaq çıxarıb və sürücünün qıçına bir zərbə vurub. Daha sonra bıçağı yerə atıb. Yerdən bıçağı götürən N.Abdullayev O.Rzayevin qarın nahiyəsinə zərbə endirib. 

Daha sonra N.Abdullayev onu öz maşınına oturdaraq xəstəxanaya çatdırıb. Həkimlər O.Rzayevin həyatını xilas edə biliblər.

Etibar Məmmədov
www.ÇıxışYolu.Com