İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Abbas Arağçı Tehranda “Taliban” hərəkatının nümayəndə heyəti ilə görüşüb.
ÇıxışYolu.Com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, görüşdə Əfqanıstanda sabitliyin və təhlükəsizliyin təmin olunması mövzusunda danışıqlar aparılıb.
İran XİN-nin mətbuat katibi Bəhram Qasımi “Taliban” nümayəndə heyəti ilə görüşün bazar günü Tehranda baş tutduğunu təsdiqləyib.
İranlı diplomat hazırda Əfqanıstan ərazisinin 50 faizinin Talibanın nəzarəti altında olduğu faktına diqqət çəkib.
“Qonşu ölkədə sabitlik və təhlükəsizliklə bağlı bir sıra problemlər mövcuddur. Bu problemlər Əfqanısta hakimiyyəti ilə də müzakirə olunub. Tehran danışıqlarının məqsədi Əfqanıstan hökuməti ilə taliblər arasında dialoq üçün şərait yaratmaq və ölkədə sülhə nail olmaqdır.”,- deyə Qasımi bildirib.