ÇıxışYolu.Com - Tanınmış cərrahın məhkəməsi başlayır

ÇıxışYolu.Com – Tanınmış cərrahın məhkəməsi başlayır

Baxış sayı: 2. 374 dəfə baxılıb.

ÇıxışYolu.Com - Tanınmış cərrahın məhkəməsi başlayır

“Elmed” Tibb Mərkəzinin cərrahı Məhəmməd Nəciyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ÇıxışYolu.Com xəbər verir ki, cinayət işi araşdırılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. 

İş hakim Vüqar Məmmədovun icraatında araşdırılacaq.

Qeyd edək ki, “Elmed” Tibb Mərkəzində ölüm hadisəsi bu il oktyabr ayında baş verib. 1963-cü il təvəllüdlü Əliyev Himayil Əli oğlu oktyabrın 4-də səhər saat 11:00 radələrində “öd daşı və kəskin kalkulyoz” diaqnozu ilə “Elmed” Tibb Mərkəzinə daxil olub və əməliyyata götürülüb.

H.Əliyev əməliyyatdan sonra həmin gün axşam saat 21:00 radələrində dünyasını dəyişib.

M. Nəciyevə qarşı Cinayət Məcəlləsinin (CM) 314.2-ci (səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. 

Etibar Məmmədov
www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!

.

.