ÇıxışYolu.Com – Tanınmış jurnalist intihar etdi

Baxış sayı: 2. 502 dəfə baxılıb.

ÇıxışYolu.Com - Tanınmış jurnalist intihar etdi

NTV telekanalının jurnalisti Nikita Razvozjayev bu gün səhər saatlarında Moskvada ölü tapılıb. 

ÇıxışYolu.Com bununla bağlı TASS agentliyinə istinadən xəbər verib. 

“Çox kədərli hadisə olub. Həmkarımız Nikita Razvozjayev özünəqəsd edib. Biz Nikitanın yaxınlarına başsağılığı veririk. Bu ailənin faciəsidir”, – telekanalın mətbuat xidmətindən bildirilib. 

1993-cü il iyulun 22-də Saratovda doğulan Nikita Razvozjayev Saratov Dövlət Universitetinin Jurnalistika İnstitutunu bitirib. 

2017-ci ilin avqustunda canlı efirdə sərxoş kişi Razvozjayevə hücum edib. Daha sonra isə o, jurnalistə kompensasiya verməyə və üzr istəməyə hazır olduğunu bildirib. Tərəflər məhkəmədə barışıblar.