ÇıxışYolu.Com - Tanınmış modelyer xəstəxanaya yerləşdirildi

ÇıxışYolu.Com – Tanınmış modelyer xəstəxanaya yerləşdirildi

Baxış sayı: 2. 216 dəfə baxılıb.

ÇıxışYolu.Com - Tanınmış modelyer xəstəxanaya yerləşdirildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış modelyer Leyla Əhmədovaya qarşı cinayət törətməkdə təqsirləndirilən Nizami Ağayev, Azər Lütfəliyev Ceyhun Eyvazovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. 

ÇıxışYolu.Com xəbər verir ki, prosesə sədrlik edən hakim Mirzə Xankişiyev bildirib ki, zərərçəkmiş şəxs qismində tanınan L.Əhmədova məhkəməyə ərizə ilə müraciət edərək, səhhətində problem yarandığını, xəstəxanaya yerləşdirildiyini bildirib. 

Bu səbəbdən o, məhkəmə iclasına gələ bilməyib. 

Hakim qeyd edib ki, zərərçəkmiş şəxsin və ya nümayəndəsinin iştirakı olmadan iclas aparıla bilməz. 

Buna görə məhkəmə iclas dekabrın 12-dək təxirə salınıb. 

Etibar Məmmədov

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!

.

.