Ötən gün Tayvanda sərnişin qatarının qəzaya uğraması anı müşahidə kameralarına düşüb.
ÇıxışYolu.Com xəbər verir ki, hadisə yerli vaxtla 16.50-də baş verib.
Sulin şəhərindən Tayduna gedən “Puyuma Express” sürət qatarı naməlum səbəblərdən relsdən çıxıb. Hadisə zamanı qatarın bir neçə vaqonu aşıb.
Qəza nəticəsində 22 nəfər ölüb, 171 nəfər yaralanıb.