ÇıxışYolu.Com – “Top-5” liqada vacib görüşlər

Baxış sayı: 2. 362 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Top-5” liqada vacib görüşlər

Bu gün və sabah Avropanın “Top-5” liqasında bir-birindən maraqlı görüşlər keçiriləcək.

ÇıxışYolu.Com həmin görüşlərin siyahısını təqdim edir:

İngiltərə Premyer Liqası

3 noyabr

21:30 “Arsenal” – “Liverpul”

Heç şübhəsiz ki, turnirin mərkəzi görüşü Londonun “Emireyts” stadionunda baş tutacaq. 12 oyundur ki, məğlub olmayan “Arsenal” bu mövsüm daxili arenada yenilməz olan “Liverpul”u sınağa çəkəcək. “Qarabağ”ın Avropa Liqasındakı rəqibi öz meydanında “Liverpul”un məğlubiyyətsiz oyunlar seriyasını qırmağa çalışacaq.

İtaliya A Seriyası

3 noyabr

21:00 “Fiorentina” – “Roma”

Florensiyada keçiriləcək bu matçın çox maraqlı keçəcəyi gözlənilir. Düzdür, cari mövsüm “Roma” son illərki komandaya bənzəmir. Amma bu komandanın hər zaman hücum futbolu oynaması ilə göz oxşayır. Üstəlik, hər iki komandanın eyni – 15 xala malik olması görüşə intriqa qatır.

İspaniya La Liqası

3 noyabr

19:15 “Real” – “Valyadolid”

“Barselona”ya “El Klasiko”da 1:5 hesabı ilə darmadağın olduqdan sonra baş məşqçi Xulen Lopeteqi ilə yollarını ayırmış kral klubunda ab-havanın nə dərəcədə düzəldiyini bu matçda görə biləcəyik. Komanda VI pillədəki rəqibi üzərində qələbə qazanmaqla bu komandanı ötə və turnir cədvəlindəki biabırçı durumunu düzəldə bilər.

Almaniya Bundesliqası

3 noyabr

18:30 “Volfsburq” – “Borusiya” (Dortmund)

Turnir cədvəlinin lideri olan Dortmund komandasını çətin səfər görüşü gözləyir. “Volfsburq” turnir cədvəlində X sırada olsa da, hər an kimisə büdrətməyə layiq komandadır.

Fransa Liqa 1-i

5 noyabr

00:00 “Monpelye” – “Marsel”

Təbii ki, turun mərkəzi görüşü dünən keçirildi. Lider PSJ II pillədə olan “Lil”I 2:1 hesabı ilə yendi. Amma “Monpelye” – “Marsel” görüşü də az əhəmiyyət daşımır. III pillədəki “Monpelye” özündən iki sıra aşağıda olan Fransanın köklü klublarından birini evində qəbul edəcək.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com