ÇıxışYolu.Com - Tovuzda kişini qatar vurub öldürdü

ÇıxışYolu.Com – Tovuzda kişini qatar vurub öldürdü

Baxış sayı: 2. 787 dəfə baxılıb.

Tovuz rayonunda qatarın altında qalaraq ölən şəxsin adı məlum olub.

ÇıxışYolu.Com-ın Report-a istinadən məlumatına görə, rayon sakini, 1981-ci il təvəllüdlü Nemət Rüfət oğlu Həsənov qatarın altında qalaraq ölüb.

İlkin məlumatlara görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Araşdırmalar davam etdirilir.

10:43

Tovuz rayonunda orta yaşlı kişini qatar vuraraq öldürüb.

ÇıxışYolu.Com-ın Report-a istinadən xəbərinə görə, hadisə dəmir yolu xəttinin Dondar Quşçu kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kişi hərəkətdə olan qatarın altında qalaraq ölüb.

ÇıxışYolu.Com - Tovuzda kişini qatar vurub öldürdü

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb. 

www.ÇıxışYolu.Com