ÇıxışYolu.Com – Tramp impiçmentlə üzləşə bilər

Baxış sayı: 3. 330 dəfə baxılıb.

ÇıxışYolu.Com - Tramp impiçmentlə üzləşə bilər

2019-cu ildə ABŞ prezidenti Donald Trampı impiçment prosesi gözləyə bilər.

ÇıxışYolu.Com xəbər verir ki, bu haqda CNBC telekanalı amerikalı ekspertlərə istinadən məlumat yayıb.

İnvestorlar və biznesmenlər 2019-cu ilin risklərinə hazırlaşır. Bu risklərə  Federal Ehtiyat Sisteminin uçot dərəcəsini qaldırması, ABŞ və Çin arasında ticarət müharibəsi ehtimalları daxildir. Habelə qarşıdakı ilin ən vacib risklərindən biri də Ağ Ev rəhbəri Donald Trampın impiçmentinin mümkünlüyüdür.

“İmpiçment prosesi Vaşinqtonda hökumətin fəaliyyətini iflic edə bilər, çünki prezidentin başı bu prosesə qarışacaq və başqa şeylər barədə düşünə bilməyəcək. Bu 2019-cu il üçün böyük riskdir”, – deyə Amerika Ticarət Palatasının Sinqapur ofisinin nümayəndəsi Stiv Okun bildirib.

Yanvar ayından demokratlardan ibarət çoxluq nümayəndələr palatasına nəzarət edəcək. Onlar istənilən şəxs, o cümlədən ABŞ prezidentinə qarşı ittiham irəli sürə bilər. Bu isə öz növbəsində impiçmentlə nəticələnə bilər. Məsələ sonradan Senat da baxılmalıdır.  

www.ÇıxışYolu.Com