ÇıxışYolu.Com - Türk məşhurların çəkildiyi bu ilin ən bahalı yerli filmi

ÇıxışYolu.Com – Türk məşhurların çəkildiyi bu ilin ən bahalı yerli filmi

Baxış sayı: 2. 509 dəfə baxılıb.

Ötən gün “Cinemaplus Gənclik Mall”da “Cinemazadeh” şirkətinin istehsalı olan “Qış nağılı” filminin mətbuat konfransı keçirilib.

ÇıxışYolu.Com xəbər verir ki, konfransda filmdə rol alan türkiyəli məşhurlar – aktrisa Müge Boz, müğənni və aktyor Halil Sezai və azərbaycanlı aktyorlar iştirak edib. 

Filmin rejissoru Cəfər Axundzadə bildirib ki, “Qış Nağılı” 2018-ci ilin ən böyük layihəsidir:

“Yeni il gecəsi arzular çin olur, xüsusilə həmrəy olanda. Bir neçə müxtəlif, bir-birindən maraqlı və olduqca gülməli hadisə təsadüfən bir hoteldə cərəyan etmiş olur. Çəkilişlər hələlik davam edir. İstədik belə bir konfrans keçirib suallarınızı cavablandıraq. Filmin neçəyə başa gəldiyini deyə bilməsəm də, qeyd edim ki, müasir Azərbaycan filmləri arasında ən bahalı layihədir.

ÇıxışYolu.Com - Türk məşhurların çəkildiyi bu ilin ən bahalı yerli filmi

Premyera vaxtı dəqiq deyil, amma yəqin ki, dekabrın 8-i ərəfəsində baş tutacaq. Film təkcə Türkiyədə deyil, Avropa kinoteatrlarında da nümayiş olunacaq. Həmçinin, filmin çəkilişləri yay aylarından başlayıb. Yayda qışı yaratmaq çətin oldu, süni qar yağdırmaq üçün İrandan və Türkiyədən mütəxəssislər cəlb etdik”.

ÇıxışYolu.Com - Türk məşhurların çəkildiyi bu ilin ən bahalı yerli filmi

Film Yeni il gecəsi bir hoteldə baş verən bir neçə hekayədən ibarətdir. Qəhrəmanlar həmin hekayələr üzrə qruplaşıb:

Hotelin heyətini Əbdül Mahmudov, Elməddin Cəfərov, Aqil M. Quliyev, Samir Ələsgərov, Zülfiyyə Qurbanova, Erkin Ergin, Elvin İbra, Vüsal Hacıqədir canlandırır. 

ÇıxışYolu.Com - Türk məşhurların çəkildiyi bu ilin ən bahalı yerli filmi

Neçə ildir nişanlana bilməyən, nəhayət, Yeni il günü nişan etmək istəyən cütlüyün hekayəsinin qəhrəmanlarına Elcan Rəsulov, Oksana Rəsulova, Səidə Quliyeva, Sənubər İsgəndərli, Oqtay Əliyev həyat verib.

ÇıxışYolu.Com - Türk məşhurların çəkildiyi bu ilin ən bahalı yerli filmi

Nişanda iştirak etmək üçün hotelə gələn dostlar hekayəsinin baş qəhrəmanları Əlixan Rəcəbov, Taleh Yüzbəyov, Rövşən Məmmədli, Samirə Əfəndiyeva, Dilarə Kazımovadır. 

ÇıxışYolu.Com - Türk məşhurların çəkildiyi bu ilin ən bahalı yerli filmi

Ailəsinə öz hesabına böyük hotel otağı tutan imkanlı şəxslə, radioda bilet udaraq Yeni ili qeyd etməyə gələn cütlüklərin hekayəsində baş qəhrəmanları Murad Dadaşov, Günel Məmmədova, Məcid Hüseynov Şəlalə Şahvələdqızı oynayır.

ÇıxışYolu.Com - Türk məşhurların çəkildiyi bu ilin ən bahalı yerli filmi

Sevgilisinə özünü sübut etmək istəyən gəncin hekayəsində qəhrəmanları İslam Mehrəliyev, Kəmalə Piriyeva Ceyhun Zeynalov canlandırır.

ÇıxışYolu.Com - Türk məşhurların çəkildiyi bu ilin ən bahalı yerli filmi

Yeni il şousu üçün hotelə Türkiyədən Halil Sezai və Müge Boz dəvət olunub. 

ÇıxışYolu.Com - Türk məşhurların çəkildiyi bu ilin ən bahalı yerli filmi

Qeyd edək ki, bu ilin dekabr ayında kinoteatrlarda yayımlanacaq “Qış nağılı” filminin quruluşçu rejissoru və baş prodüseri Cəfər Axundzadə, ssenari müəllifləri Vüqar Hüseynov, Talıb Əhmədov və Cəfər Axundzadə, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Zaur Abdullayev, geyim üzrə rəssamı Mehriban Əfəndi, qrim üzrə rəssəmı Aytən Hüseynzadə, ikinci rejissoru Vüsal Hacıqədir, musiqi direktoru Aynur Axundzadə, icraçı prodüseri Emil Davudzadə, Marketinq direktoru isə Zaur Darabzadədir.

ÇıxışYolu.Com - Türk məşhurların çəkildiyi bu ilin ən bahalı yerli filmiÇıxışYolu.Com - Türk məşhurların çəkildiyi bu ilin ən bahalı yerli filmiÇıxışYolu.Com - Türk məşhurların çəkildiyi bu ilin ən bahalı yerli filmiÇıxışYolu.Com - Türk məşhurların çəkildiyi bu ilin ən bahalı yerli filmiÇıxışYolu.Com - Türk məşhurların çəkildiyi bu ilin ən bahalı yerli filmiÇıxışYolu.Com - Türk məşhurların çəkildiyi bu ilin ən bahalı yerli filmiÇıxışYolu.Com - Türk məşhurların çəkildiyi bu ilin ən bahalı yerli filmiÇıxışYolu.Com - Türk məşhurların çəkildiyi bu ilin ən bahalı yerli filmiÇıxışYolu.Com - Türk məşhurların çəkildiyi bu ilin ən bahalı yerli filmiÇıxışYolu.Com - Türk məşhurların çəkildiyi bu ilin ən bahalı yerli filmiÇıxışYolu.Com - Türk məşhurların çəkildiyi bu ilin ən bahalı yerli filmi

.

FOTO: Ramil Zeynalov
www.ÇıxışYolu.Com