Türkiyənin Bursa şəhərində telefon dələduzluğunda şübhəli bilinən 5 nəfərdən ibarət dəstə ələ keçib.
ÇıxışYolu.Com Türkiyə KİV-ə istinadla xəbər verir ki, saxlanılanlardan biri 26 yaşlı azərbaycanlıdır.
Dəstə üzvləri Bursada özlərini prokuror və polis kimi təqdim edərək, 368 min lirə (60 min dollar – red.) pul mənimsəyiblər.
Onlar saxlanıldıqdan sonra məhkəməyə çıxarılıb və həbs ediliblər.