Bu gün sabah saatlarında Türkiyənin Malatya əyalətinin Darende rayonunda dəhşətli yol qəzası baş verib.
ÇıxışYolu.Com “Hürriyet”ə istinadən xəbər verir ki, sərnişin avtobusunun yarğana aşması nəticəsində yeddi nəfər ölüb, 15 nəfər yaralanıb.
Avtobusun sərnişinlərinin İstanbuldan Malatyaya göndərilən cənazə sahibləri olduğu bildirilir.
Hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşınları və xilasedicilər cəlb edilib.