Türkiyədə şiddətli soyuq və qar həyatı iflic edib.
ÇıxışYolu.Com Anadolu agentliyinə istinadən xəbər verir ki, ölkənin 22 əyalətində, o cümlədən paytaxt Ankarada məktəblər və universitetlər qar yağması səbəbi ilə bağlanıb.
Sivas, Bilecik, Kütahya, Bolu, Çankırı, Uşak, Eskişehir, Samsun, Denizli, Afyonkarahisar, Kırşehir, Konya, Çorum, Kastamonu, Kırıkkale, Amasya, Yozgat, Aksaray, Nevşehir, Tokat, Orduda da dərslərə fasilə verilib.
Əlverişsiz hava şəraiti nəqliyyatın hərəkətində də bir sıra problemlər yaradıb.