Türkiyədə universitet tələbəsi müəllimini güllələyib.
ÇıxışYolu.Com Türkiyə mediasına istinadən xəbər verir ki, Ankaranın Çankaya universitetinin hüquq fakültəsinin 4-cü kurs tələbəsi Həsən Ismayıl otağında mübahisə etdiyi müəllimi Ceren Damara bıçaqla xəsarət yetirib.
Daha sonra isə onu tapança ilə vurub. Həkimlərin səylərinə baxmayaraq, müəllimin həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törədən tələbə avtomobilinə minərək qaçıb. Polis isə qaçan Həsən İsmayılı qısa müddət ərzində həbs edib.
İlhamə Əbülfət