Türkiyənin Bursa şəhərində yaşayan iki azərbaycanlı qardaş – 21 yaşlı Sabir Bağırov və 19 yaşlı Zaminkar Bağırov vətəndaşlıq pasportu ala bilmədikləri üçün böyük problemlər yaşayırlar.
Hürriyet xəbər verir ki, 12 il öncə Türkiyə vətəndaşı ilə ailə quran anaları ilə birgə bu ölkəyə gələn qardaşlar, şəxsiyyət vəsiqəsi ala bilmədikləri üçün nə Azərbaycana gələ bilirlər, nə də tam huquqlu Türkiyə vətəndaşı ola bilirlər.
Qardaşlar Türkiyədə hərbi xidmətə getmək, ailə qurmaq istəsələr də, problemlərinin həllini tapa bilmirlər.
Sabir və Zaminkar 12 il öncə Türkiyəyə gediblər. Həmin vaxt uşaqlar 9 və 7 yaşlarında olub və doğum haqqında şəhadətnamə ilə oraya aparılıblar.
5 il öncə qardaşlarla ögey atalarının münasibətləri pozulub və evi tərk ediblər. İndi çox çətin vəziyyətdə olan qardaşlar sosial şəbəkələr vasitəsi ilə əlaqədar rəsmi qurumlardan kömək istəyirlər.