Xəbər verdiyimiz kimi, ötən gün Nizami Kino Mərkəzində “Milyonluq quş” filminin təqdimatı keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, təqdimata qatılanlar sırasında ötən ay nikaha daxil olan “Vicdan haqqı”nın cütlüyü, aktyor Murad İsmayıl və aktrisa Ülviyyə Xəlilbəyli də olub.
Xəlilbəyli mavi və dekolteli libası ilə diqqət çəkib. Murad isə gecəyə sadə kostyumla qatılmağa üstünlük verib.
Təqdimata əl-ələ gələn cütlük nikaha girmələri ilə bağlı suala “Şəxsi həyatımızla bağlı danışmaq istəmirik” deyərək qısa cavab veriblər.