ABŞ-ın .Anderson adına Onkoloji Mərkəzinin alimləri xərçəng xəstəliyi riskini artıran ərzaq məhsulu barədə məlumat veriblər.
Bu barədə food.news məlumat yayıb.
Tədqiqatlar şəkərin xərçəng şişlərinin böyüməsinə müsbət təsir etdiyini göstərib.
Alimlərin siçanlar üzərində apardıqları sınaqlarda məlum olub ki, şəkərsiz nişasta pəhrizi ilə bəslənən xəstə siçanlarda xərçəng şişləri böyüməyib və sabit qalıb.
Şəkərli qidalar verilən xəstə siçanlarda isə bədxassəli şişlər sürətlə böyüməyə başlayıb.
Mütəxəssislər xərçəng və diabet xəstəliklərinin qarşısını almaq üçün, şəkərdən istifadəni minimuma endirməyi məsləhət görürlər.