ÇıxışYolu.Com - Xalasının seçdiyi qızla evlənən oğlanlar gülməlidir

ÇıxışYolu.Com – Xalasının seçdiyi qızla evlənən oğlanlar gülməlidir

Baxış sayı: 2. 929 dəfə baxılıb.

Son günlər sosial şəbəkələrin gündəmindən düşməyən qadın-kişi münasibətləri ilə bağlı mediada müxtəlif sorğular keçirilib. Əks cinsin nümayəndələrindən ibarət bir qrup jurnalist isə sorğuda xanımların tez-tez yalan danışdığını vurğulayıb. Təbii ki, bu sorğuya xanım jurnalistlərimizin də cavabı özünü çox gözlətmədi. Bəs xanımlar bəylərin hansı cəhətlərindən narazıdırlar?

ÇıxışYolu.Com xanım jurnalistlərə “kişilərdə bəyənmədiyiniz və onlara yaraşdırmadığınız cəhətlər hansılardır?” sualı ilə müraciət edib. 

Jurnalist Nərmin Aqil:

ÇıxışYolu.Com - Xalasının seçdiyi qızla evlənən oğlanlar gülməlidir

“Kişilərdə bәyәnmәdiyim xüsusiyyətlər o qədərdir ki, hansından başlayım ? Xüsusilə  Azərbaycan kişilərində. Onlar çox eqoist olurlar. Daha sonra ikiüzlü olmaları, qızlara yaxşı görünmәk, onlarla səmimi münasibət qurmaq üçün dəridən-qabıqdan çıxmaları. Bir sözlə bu cəhətləri əks cinsin nümayəndələrinə yaraşdırmıram. Qadın-kişi münasibətlərində özlərini çox vaxt olmadıqları kimi göstərib münasibət yaratdıqdan sonra əsl iç üzləri ortaya çıxır. Xəyanətdən, yalandan isə heç danışmıram, çünki onun da 90%-i kişilərin payına düşür. Böyük əksəriyyəti sadiq deyillər”.

Jurnalist, bloqer Sevinc Şabanova:

ÇıxışYolu.Com - Xalasının seçdiyi qızla evlənən oğlanlar gülməlidir

“Bəylər deyir ki, “xanımlar yalan danışır”? Deyərdim ki, bəylər xanımlara paxıllıq edirlər. Səbəbi də odur ki, əks cinsin nümayəndələri bu gün xanımların özgüvəni qarşısında aciz qalırlar. Bəli. Son illər ərzində qadınlar öz haqlarını daha yaxşı bilirlər, öz hüquqlarının pozulmasına yol vermirlər, karyeralarını qurur və öz ayaqları üzərində dayanırlar. Qadınlar bu gün bəzi kişilərdən daha çox güclüdür. Bu isə təbii olaraq onları narahat edir. Kişilər qəbul edə bilmirlər ki, qadınlar onlardan bir pillə öndə olsunlar. Onları daha obyektiv olmağa səsləyirəm”.

Jurnalist Brilyant Rəsulova:

ÇıxışYolu.Com - Xalasının seçdiyi qızla evlənən oğlanlar gülməlidir

“Özlərini qadınların sahibi zənn edən kişilər var ki, dünyamızda onlardan qurtulmaq qeyri-mümkündür. Qadınlarla müqayisədə kişilər özlərini üstün görürlər. Halbuki, zəkada, təmizlikdə, ünsiyyətdə, nəzakət və davranış qaydalarında və bir çox digər məqamlarda qadınlar yaxşı mənada üstündürlər.

Günümüzdə artıq önəmli vəzifələrdə qadınların aktiv iştirakı bunu deməyimizə əsas verir. Bu yəqin bəyləri bir balaca narahat edir. Qadınlara əxlaqsızlıq damğası vurularkən kişilərə bir “səhvdir” deyib keçilir. Bu səbəbdən də kişilərin “səhv”ləri qadınlara nisbətdə daha çox olur. Qadınları müasirliyə səsləyən bəzi kişilər evdəki qadınlara “mentalitet çərçivəsi” çəkirlər. Bəlkə də bütün bu xüsusiyyətlər “çərçivədən” qaynaqlanır deyə düşünürəm”.

Jurnalist Şəfiqə Fərzəlibəyli:

ÇıxışYolu.Com - Xalasının seçdiyi qızla evlənən oğlanlar gülməlidir

“Əslində yalan elə mövzudur ki, onun haqqında nə isə danışmaq çətindir. Həyatımızda hər gün yalanla üzləşirik. Amma kişilərin yalanının analoqu yoxdur. Bu yalanlara elə aldanırsan ki, dəymişin qala-qala heç kalında tökülmür. Yalan danışmaq mənə görə zəifliyin əlamətidir. Kişilər yalan danışmaqla qadınlardan zəif olduqlarını, sözü üzə deyə bilmədiklərini sübut etmiş olurlar. Çünki zibillərinin üstünün açılmaması üçün bu yola əl atırlar. 

Mən bir qadın olaraq bu gün öz ayaqlarımın üzərində dayanıram, işləyirəm öz pulumu qazanıram və ailəmə baxıram. Heç bir kişi mənə kömək etmir. Ac qulağım, dinc qulağım. Həyatda kişilərə sadəcə bir məsləhətim var yalan danışmayın, heç kimə “vedrə bağlamayın”. Əgər bunları edəcəksinizsə, o zaman vəsiqənizdəki cins bölməsində dəyişiklik edin. Təbii ki, bəylərin daim etdiyi tənqid və təhqirlər bütün xanımlara aid olmadığı kimi, bu dediklərim də bütün bəylərə şamil edilmir”.

Jurnalist Billurə Mikayıllı:

ÇıxışYolu.Com - Xalasının seçdiyi qızla evlənən oğlanlar gülməlidir

“Mən sevdiyim insanın hər cəhətindən razıyam. Amma bəylərdən şikayətləndiyim məqamlar əks cinslə ünsiyyət zamanı özünü göstərmək xatirinə qarışqadan fil düzəldib, etdiklərini dilə gətirmələridir. Baxırsan cibində çörək almağa pulu güclə çatır, ancaq bütün günü evli olmasına rəğmən başqa xanımlarla danışır, zaman keçirir. Mən elə kişilərin nə səmimiyyətinə inanıram, nə də kişi xarakterinin sahib olduqlarına. Bu cəhətləri onlara yaraşdırmıram”.

Jurnalist Sevinc Xanqızı:

ÇıxışYolu.Com - Xalasının seçdiyi qızla evlənən oğlanlar gülməlidir

“Mən ümumiyyətlə, kimisə qınayan insanları sevmirəm. Kişilər isə hər fürsətdə xanımları hədsiz dərəcədə qınayırlar. Məsələn, məni evdəkilərdən başqa heç kimin hərəkəti maraqlandırmır, hara getdi, gəldi, kimlə görüşdü və sairə. 

Çox az kişi bu reaksiyanı göstərir. Məsələn, kişilərə görə “yaxşı qız” deyimi var. Yaxşı qız içməz, siqaret çəkməz, axşam 11-də küçədə olmaz. Oğlan qız bəyənir, səndən soruşur, “bax gör oturuşu, duruşu yerindədirmi?”, deməli, kimsə yalandan soruşduğu qızı pisləsə buna inanmağa hazırdır. 

Bu kimi fikirlərə sahib kişiləri bəyənmirəm. Kişi olmaq insanı başqasından üstün edib ona xüsusi səlahiyyətlər vermir. Qadınlara yalançı deyirlər, ən böyük yalanı özləri danışır. Eyni vaxtda bir neçə xanımla danışan onlar deyilmi? Sonrada deyirlər qadınlar qeybətçidir. Özləri də yaxşı bilirlər ki, 3-4 nəfər bir araya gələndə qadınların ayda ildə bir dəfə etdiyi söhbətin qat-qat artığını edirlər. 

Özünü müasir göstərib, axırda xalasının seçdiyi qızla evlənən oğlan tipi mənə gülməli gəlir. Zəmanəmizdə xanımların belə ailə qurduğu insanı özünün seçə bildiyi halda, bəylərin əksər hallarda öz dedikləri kimi “əyləndikləri” qızlarla, “evləndikləri” başqa olur. 

Mənə görə insan dürüst olmalıdır. Qarşındakı insanı mütləq olduğu kimi qəbul etməlisən. Mənim üçün kişinin də, qadının da xarakteri olmalıdır. Xarakter, dürüstlük, vicdan, sədaqət önəmlidir. Qadını zəif görən, cəmiyyət içində şit zarafatlar edən, avtobusda, metroda üç sot torpaq yeri almış kimi oturuşunu bilməyən, küçədə etik davranışlara əməl etməyən, evindəki “həyat yoldaş”ını küçəyə buraxmayıb, baxış və davranışları ilə başqa xanımları narahat edən, boşanmış qadına fahişə kimi baxan kişilərdən deyilsinizsə, Allah sizi qorusun. 

Qadınlara dəstək olun ki, sağlam cəmiyyət formalaşsın. Qadın güclüdür. Amma hər bir qadının özündən daha güclü kişiyə ehtiyacı var, bu da həqiqətdir”.

Könül Cəfərli
www.ÇıxışYolu.Com