ÇıxışYolu.Com - Xalq artistinə səhvən xərçəng diaqnozu qoyuldu, ölümdən döndü

ÇıxışYolu.Com – Xalq artistinə səhvən xərçəng diaqnozu qoyuldu, ölümdən döndü

Baxış sayı: 3. 636 dəfə baxılıb.

ÇıxışYolu.Com - Xalq artistinə səhvən xərçəng diaqnozu qoyuldu, ölümdən döndü

Xalq artisti Zabit Nəbizadə həkimlərin səhvinə görə səhhətində xeyli problem yaşayıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, o, bu barədə aparıcı Nanə Ağamalıyeva “Şou ATV” proqramında məlumat verib.

Xalq artisti dörd dəfə əməliyyat olunduğunu, son əməliyyatında isə hətta narkoz deyil, “novakain”lə əməliyyat edildiyini və səsinin xəstəxana divarları arasına yayıldığını söyləyib.

“Dörd dəfə buna görə əməliyyat olundum. Birini narkozsuz, “novakain”lə etdilər. Ağrı o dərəcədə hiss olunurdu ki, çığırtımı birinci mərtəbədə eşidənlər yuxarıda nə olduğunu soruşurmuşlar”.

Bel yırtığı olduğu halda xərçəng diaqnozu qoyularaq kimyəvi şüalar verilən Xalq artisti Zabit Nəbizadə bunu Allahın sınağı kimi dəyərləndirib.

www.ÇıxışYolu.Com