ÇıxışYolu.Com - Xatirə “Toppuş bacı”ya görə efirdə ağladı

ÇıxışYolu.Com – Xatirə “Toppuş bacı”ya görə efirdə ağladı

Baxış sayı: 3. 191 dəfə baxılıb.

ÇıxışYolu.Com - Xatirə “Toppuş bacı”ya görə efirdə ağladı

ATV kanalında yayımlanan “Bizimləsən” proqramında Əməkdar artist Tünzalə Əliyevanın xəstəliyinə dəstək məqsədilə xeyriyyə aksiyası start götürüb.

ÇıxışYolu.Com xəbər verir ki, ötəngünkü qonaqlar sırasında müğənni Xatirə İslam da olub.

O, veriliş zamanı göz yaşlarını saxlaya bilməyib.

“Tünzalə xanımın müalicəsinin qarşısında bizim ona etdiklərimiz heç nədir. Özüm siyahı tutacam, butun sənət dostlarıma zəng vuraraq yardım istəyəcəm. Bir aydan sonra Tünzalə Əliyevanın yerində başqa biri otura bilər. Hamı bir-birinə dəstək olmalıdır. Üç ay restorana getmərik, bir il bahalı paltar geyinmərik”, – deyə sənət yoldaşlarına müraciət edib.


Qeyd edək ki, Tünzalə Əliyeva saytımıza açıqlamasında 25 dəfə şüa, altı dəfə isə kimyaterapiyaya gedəcəyini bildirmişdi. Onun uşaqlıq yolundan bədxassəli şiş kəsilmişdi.

Hazırda isə Əməkdar artist insanlara müraciət edərək ona kömək edilməsini istəyib.

.
www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!

.

.