Azərbaycanda xilasedicilər təhlükəli şəkildə çayda boğulan şəxsin meyitini çıxarıblar.
ÇıxışYolu.Com-ın məlumatına görə, dekabrın 10-da Lənkəran çayında balıq ovlayan 1966-ci il təvəllüdlü Lənkəran şəhər, Lüvəsər kənd sakini Nəsirov Valeh Fayaz oğlu ehtiyatsızlıq səbəbindən çaya düşərək boğulub.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli gəmilərə nəzarət və sularda xilasetmə xidmətinin cənub dalğıc-axtarış qrupunun xilasediciləri tərəfindən boğulan şəxsin meyiti təhlükəli şəraitdə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmin görüntüləri təqdim edirik:
İlhamə Əbülfət
www.ÇıxışYolu.Com