ÇıxışYolu.Com - Xırdalanda avtobus aşdı: 9 yaralı

ÇıxışYolu.Com – Xırdalanda avtobus aşdı: 9 yaralı

Baxış sayı: 2. 210 dəfə baxılıb.

ÇıxışYolu.Com - Xırdalanda avtobus aşdı: 9 yaralı

Xocasən yolunda 119 saylı sərnişin avtobusunun hansı səbəbdən aşdığı məlum olub.

ÇıxışYolu.Com xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev qəzanın 10-TG-174 dövlət qeydiyyat nişanlı avtobusunun qarşısına qəfil minik avtomobilinin çıxması səbəbindən baş verdiyini bildirib.

Sosial şəbəkələrdə qəzanın baş verdiyi yerdə çəkilmiş video yayılıb.

21.47

Xırdalanda sərnişin avtobusu aşıb.

Səhiyyə Nazirliyindən ÇıxışYolu.Com-a verilən məlumata görə, hadisə Xocasən yolunda baş verib.

119 nömrəli marşrut avtobusunun aşması nəticəsində 9 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardımın 12 briqadası gəlib.

Xəsarət alanlardan iki nəfər Respublika Kliniki Xəstəxanaya, digərləri isə Tibbi Kliniki Mərkəzə yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!

.

.