İngiltərə millisi UEFA Millətlər Liqasının matçında Xorvatiya yığmasını qəbul edib.
ÇıxışYolu.Com xəbər verir ki, hesabı qonaqlar açsalar da, meydan sahibləri oyunda üstünlüyü ələ alaraq, qələbə qazana biliblər – 2:1.
İngiltərə millisinin heyətində Cessi Linqard (78 dəq.) və Harri Keyn (85 dəq.) fərqləniblər. Qonaqların qolunu isə 57-ci dəqiqədə Andrey Kramariç vurub.
Bu qələbə sayəsində İngiltərə millisi pley-off mərhələsinə vəsiqə qazanıb.