ÇıxışYolu.Com - Yeni təmir olunmuş yolda problem yaranıb

ÇıxışYolu.Com – Yeni təmir olunmuş yolda problem yaranıb

Baxış sayı: 2. 626 dəfə baxılıb.

ÇıxışYolu.Com - Yeni təmir olunmuş yolda problem yaranıb

Gördüyünüz bu ərazi Babək prospektidir. Artıq bir neçə gündür ki, yeni salınan yolda geri dönüş üçün nəzərdə tutulmuş dairədən sürücülər şikayət edir. Sosial şəbəkələrdə paylaşılan görüntüləri gözümüzlə görmək üçün həmin yerə yollandıq.

Bir neçə gün əvvəl quraşdırılan hərəkət nişanlarının götürüldüyünün şahidi olduq.

Məsələyə aydınlıq gətirmək üçün əraziyə gələn Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, bu ərazi kiçik ölçülü nəqliyyat vasitələri üçün nəzərdə tutulmuşdu, ancaq sürücülərin narazılığına görə nişanlar ərazidən yığışdırılıb.

Sail Ağasəlimoğlu Valeh Arifoğlu
www.ÇıxışYolu.Com