ÇıxışYolu.Com - “Yeni yol nişanları” gülüş hədəfi oldu

ÇıxışYolu.Com – “Yeni yol nişanları” gülüş hədəfi oldu

Baxış sayı: 2. 266 dəfə baxılıb.

Qusar ərazisində yol kənarına çəkilən nişanlanma işarələri zamanı yol verilən kobud səhv sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib.

ÇıxışYolu.Com-ın məlumatına görə, yol-nişanlanma işləri yol kənarındakı peyinə məhəl qoyulmadan icra edilib.

Məsələ barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, həmin əraziyə baxış keçiriləcək:

“Ola bilsin ki, yolda rənglənmə işləri aparılarkən diqqətsizliyə yol verilib. Belə bir şey varsa, aradan qaldırılacaq”.

Qeyd edək ki, fotonu Facebook sosial şəbəkəsində “Кусары онлайн” səhifəsi paylaşıb.

İlhamə Əbülfət
www.ÇıxışYolu.Com